Son illərdə kənd təsərrüfatında intensiv bağçılığın inkişafı geniş vüsət almışdır. Avropada intensiv bağçılığın sürətlə inkişafı nəticəsində məhsul istehsalı 2 dəfə artmışdır.
İntensiv bağlar çox qısa müddətdə bar verən sırayla əkilmiş meyvə ağaclarından ibarətdir. Bu ağaclar əkildikdən 2-3 il sonra yüksək məhsul verir. Bununla da intensiv bağçılığın inkişafı ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının ucuzlaşmasını təmin edir. ntensiv bağlara qulluq etmək texniki cəhətdən daha rahatdır. Burada ağaclara qulluq etmək və məhsul toplamaq üçün daha az işçi qüvvəsi tələb olunur. Proseslərin mexanikləşdirilməsi nəticəsində insan amilinin təsiri əhəmiyyətli ölçüdə azalmışdır. İntensiv bağçılıq sahəsində xüsusi avadanlıqlardan istifadə edilir. Lakin həmin avadanlıqlar ölkəmizdə istehsal olunmadığına görə fermerlər onları xaricdən almaq məcburiyyətində qalırlar. Bunu nəzərə alaraq, METAK şirkəti xüsusi kənd təsərrüfatı avadanlıqlarının yerli istehsalına başlamışdır.
Plastik konteynerlər
İlkin polietilen xammaldan istehsal edilən 300 kq-lıq konteynerlər müxtəlif növ məhsulların daşınması və saxlanılması üçün nəzərdə tutulmuşdur. Konteynerlərin xüsusi simmetrik forması onların anbar və soyuducularda rahat yerləşdirilməsi üçün düşünülüb. Yüngül çəkili bu yeşiklər temperatur dəyişikliklərinə davamlı, qida məhsulları üçün tam təhlükəsizdir, həmçinin göbələk və kif əmələ gətirmir. METAK şirkətinin HDPE materialından istehsal etdiyi plastik yeşiklər böyük market şəbəkələrində də istifadə edilir.
Plastik konteynerlərin üstünlükləri bunlardır:
1. Xüsusi erqonomik parametrlər;
2. Qida məhsulları üçün tam təhlükəsizlik;
3. Keyfiyyətli xammaldan istehsal olunma;
4. Ətraf mühitin müxtəlif faktorları, o cümlədən günəş işığı, kəskin temperatur dəyişiklikləri, rütubətə qarşı davamlılıq;
5. Daşıma və yükləmə işlərini tezləşdirmək imkanı;
6. Asanlıqla dezinfeksiya olunma;
7. Mexaniki təzyiqə davamlılıq.
Plastik yeşiklərdən istifadə daşınmanı maksimal dərəcədə asanlaşdırmaqla yanaşı, məhsul dövriyyəsini artırır və istehsalatda xərclərin azalmasına şərait yaradır. Bu yeşiklərin ölçüsü 120x100x74 sm, çəkisi isə 34,7 kq təşkil edir. Müxtəlif rəngləri mövcuddur. Sifarişçinin istəyi ilə təkərli yeşiklər də hazırlanır.
Hərəkətli qoşqu platforma
Məhsul yığımı və bağlara qulluq üçün nəzərdə tutulmuşdur. Platforma istənilən traktora farkopla qoşulur. Xüsusi konstruksiya platformanı işçi və avadanlıqlarla birlikdə yerdən 2,10 metrə qədər yüksəkliyə qaldıra bilir.
Platforma maksimum 2000 kq yük qaldıra bilir. Dayaq funksiyasını yerinə yetirir. Əsas şassi, hidravlik qaldırıcı sistem və hərəkətli yan traplardan ibarətdir. Platformanın hidravlik sistemi traktora qoşulur və üzərindəki hidropaylayıcı vasitəsilə idarə olunur.
Dərmanlama cihazı
Dərmanlama qurğusu traktorun önünə taxılır və kabinədən elektrikli hərəkət sistemi ilə idarə olunur. Meyvə bağları və üzüm sahələrində alaq otlarını məhv etmək üçün nəzərdə tutulmuşdur. Bu cihaz magistral və kənd yollarında hərəkəti asanlaşdırmaq üçün yığıla bilir.
Plastik yeşiklər
Şirkətimiz müxtəlif ölçüdə plastik yeşiklər istehsal edir. Polipropilendən hazırlanan yeşiklərin simmetrik formada olması onların anbar və soyuducularda rahat yerləşdirilməsini təmin edir. İstehsal olunan yeşiklərdə meyvə-tərəvəz, un məmulatları, ət, balıq, toyuq məhsullarının daşınması və saxlanılması mümkündür. METAK yeşikləri -30ºC şaxta və +80ºC istiliyə davamlıdır. Kəskin temperatur dəyişikliklərinə qarşı müqavimətlidir. İstifadə müddəti uzundur.
Qida maddələrinin daşınmasında tam təhlükəsizdir, rahat təmizlənə bilir, göbələk və kif əmələ gətirmir.
Gərginləşdirilmiş beton dirəklər
Bu beton dirəklər 7-10 ədəddən bir quraşdırılmaqla şitillərin bərkidilməsi üçün nəzərdə tutulmuşdur. İntensiv bağçılıqda yan dirəklər 90x90x450 mm, cərgəiçi dirəklər isə 80x80x450 mm ölçüdə istehsal olunur. Ağacdan istehsal olunan dirəklərə nisbətən beton dirəklər daha möhkəm, dözümlü və qənaətlidir.
Gərginləşdirilmiş beton dirəklərin müsbət cəhətləri bunlardır:
• Onillər boyu istismar;
• Yüksək gərginliyə davam gətirmə qabiliyyəti;
• İstənilən külək yükünə dözümlülük;
• Beton markası və sıxlığının yüksək səviyyədə olması;
• İstənilən ölçü və uzunluqda istehsal edilə bilməsi.
Karton alveol
Meyvə-tərəvəz məhsullarını kompakt qablaşdırmaq üçün hazırlanır. Ekoloji baxımdan tam təhlükəsizdir. Alveol kondensatı udaraq qida məhsullarının daşınması və saxlanılması zamanı yarana biləcək itkilərin qarşısını alır. Habelə məhsulun keyfiyyətinin tam qorunmasını təmin edir.
METAK MMC