“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib ki, təqdimatı keçirilən elektron məhsul Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə yaxınlıq, şəffaf və çevik idarəetmə, innovasiyaların tətbiqi prinsiplərinə tam cavab verir. Fermerlər mobil tətbiqdən yararlanmaq üçün “AgroUber” proqramını mobil telefon cihazına yükləməli və qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş fermer istənilən mövsümdə müvafiq rayon və kənd üzrə aqrotexniki xidmətlər üzrə axtarış aparmaq imkanı qazanır. Proqram fermerin seçiminə uyğun olaraq mexanizatoru təyin edir və sifarişi formalaşdırır.
Məsələn, hansısa fermerə əkin işləri üçün traktor lazımdırsa, “AgroUber”də axtarış verərək, uyğun mexanizatoru tapa və xidməti sifariş edə biləcək. Bu proqram təminatı vasitəsilə ilkin mərhələdə traktor və asılan-qoşulan texnikalarla göstərilə biləcək bütün növ aqrotexniki xidmətlərin həyata keçirilməsi mümkün olacaq.
“Aqroservis” Açıq Səhmdar Cəmiyyətində fermer və mexanizatorlar arasında kommunikasiyanı həyata keçirən “AgroUber” mobil tətbiqinin təqdimatı keçirilib.
Android platformasında fəaliyyət göstərən mobil tətbiq müxtəlif aqroxidmətlər üzrə fermer və mexanizatorlar arasında onlayn platforma üzərindən əlaqələndirməni təmin edəcək.
proqramı fermerlərə göstərilən xidmətinin keyfiyyətini artırmağa və xidmətləri daha əlçatan etməyə imkan verəcək: “Proqramın tətbiqi operativ xidmət, vahid məkanda formalaşan məlumat bazası, neqativ halların qarşısının alınması, fermer və mexanizatorların arasındakı əlaqənin sərbəst şəkildə qurulması və idarə edilməsi imkanlarını yaradır.
Əsas məqsədimiz fermerlərin istənilən mövsümdə aqrotexniki xidmətlərə əlçatanlığını təmin etmək, yüksək keyfiyyətli və çevik xidmətə nail olmaqdır”.
Təqdimat mərasimində mobil tətbiqin yüklənməsi və istifadə qaydaları əyani şəkildə nümayiş olunmuşdur.