Heyvanların yaşıl yemlərlə yemləndirilməsinin səmərəliliyi

Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsinin təşkilində əsas məsələ bütün il boyu onları müntəzəm olaraq qidalı yemlərlə təmin etməkdir. Çünki heyvan orqanizminin böyüməsi və inkişafına, onun məhsuldarlıq keyfıyyətinə, eləcə də istehsal qabiliyyətinə güclü təsir göstərən xarici amillərdən ən əsası yemləmədir. Heyvanların yemləmə prosesində istifadə olunan yemlər mənşəyi və strukturuna görə bitki, heyvan, qarışıq və əlavə yemlərə bölünür. Bitki mənşəli yemlər yaşıl, qaba, şirəli və qüvvəli yemlərə, qaba və qüvvəli yemlər də öz növbəsində hazırlanmış olduqları xammal, kimyəvi tərkibi və bioloji xüsusiyyətlərindən asılı olaraq müəyyən qruplara ayrılır. Yaşıl yemlər yüksək qidalılıq dəyərinə görə fərqlənir, onun tərkibində amin turşuları, vitaminlər və mineral maddələr çoxdur. Nəticədə onlar yaxşı həzm olunur və orqanizm tərəfindən asan mənimsənilir. Yaşıl ot, əsasən karotin mənbəyi hesab olunur. Onun 1 kq quru maddəsində 150-250 mq və daha çox karotin olur. Həmçinin xoşagələn dadı və ətirli qoxusu heyvanların iştahasını artırır.

Bütün bu xüsusiyyətlərinə görə yaşıl yemlər digərlərinə nisbətən iqtisadi cəhətdən də olduqca səmərəlidir. Xüsusilə otlaq yeminin dəyəri nəzərə çarpacaq dərəcədə aşağıdır. Cavan bitkilərin quru maddəsində 20-28% protein, 18-22% sellüloza, 4-6% yağ, 9-13% mineral maddələr və 41-45% azotsuz ekstraktiv maddələr olur. Yaşıl yemlərin tərkibində olan estrogen maddələri törədici və anacların çoxalma qabiliyyətinin yüksəlməsi, sağımın artması və çəki artımına müsbət təsir göstərir. Kənd təsərrüfatı heyvanlarının yem payında istifadə olunan quru ot, senaj, silos, vitaminli otunu və s. yaşıl bitkilərdən hazırlanır. Yaşıl yem üçün bitki seçiləndə mütləq onun məhsuldarlığı, əsas qida maddələrinin miqdarı, yeyilmə dərəcəsi, vegetasiya dövrünün müddəti və hər yem vahidinin maya dəyəri nəzərə alınmalıdır. Yaşıl yem üçün birillik və çoxillik paxlalı və taxıl
fəsiləsi bitkilərindən yonca, üçyarpaq, xaşa, xəşəmbül, çəmən yulafcası, qılçıqsız tonqalotu, çoban toppuzu, gülül, noxud, yulaf, çöl noxudu, noxud-yulaf qarışığı, qarğıdalı, sorqo, sudan otu, payızlıq çovdar, raps, perko, payızlıq buğda, arpa kimi bitkilərin yetişdirilməsi təsərrüfat üçün əlverişlidir.

Yay dövründə biçilir, qaramal, at və donuzlar üçün keyfiyyətli yemdir. Üçyarpaq başqa yemlərlə qarışıq halda verilsə, heç bir ziyanlı təsiri olmur. Lakin yağışdan sonra bitkinin yaşıl kütləsi gövşəyən heyvanlara verildikdə köpmə
əmələ gətirə bilər. Üçyarpağın yaşıl kütləsində 20-25% quru maddə, 4,5-6% protein, 1-1,5% yağ, 6- 11,5% sellüloza, 8,5-13% azotsuz ekstraktiv və 1,8-2,2% mineral maddələr olur. Hər
hektardan yaşıl kütlə məhsuldarlığı 200-250 sentner, quru ot isə 60-80 sentner olur. Yaşıl üçyarpaq bitkisindən quru ot, senaj və ot unu hazırlanır. Onun ən yaxşı biçin müddəti qönçələmə və çiçəkləmə fazalarına təsadüf edir. Tərkibində xüsusi iyli kumarin maddəsinin miqdarından asılı olaraq ilk anlarda heyvanlar tərəfindən iştaha ilə yeyilmir, ancaq öyrəşdikdən sonra gündə 50 kq və daha çox yeyilir. Xəşəmbülün tərkibində 25,7% quru maddə, 4,5% protein, 0,6% yağ, 6,9% sellüloza, 11,7% azotsuz ekstraktiv maddələr vardır. 1 kq yaşıl xəşəmbülün çiçəkləmə fazasında enerji qidalılığı 0,18 yem vahidi, həzm olunan protein 31 qr, kalsium 3,3 qr, fosfor 0,8 qr və karotin 45 mq təşkil edir. Təbii rütubətlə təmin edilmiş dəmyəşəraitində ən məhsuldar yem bitkisi hesab olunur. Respublikanın dağ və dağətəyi zonalarında dəmyə şəraitində xaşanın
1 çalımından 35-40 sentner, 2 çalımından isə 50-60 sentner quru ot götürülür. Xaşa dənli bitkilər üçün ən əlverişli sələf olmaqla yanaşı, torpağı külək və su eroziyasından da mühafizə edir. Tərkibində 20-21% quru maddə, 4-4,5% protein, 0,4-0,7% yağ, 1,5-1,6% mineral maddələr, 4,5-4,9% sellüloza və 8,6-11% azotsuz ekstraktiv maddələr vardır.
1 kq yaşıl xaşa bitkisində 0,22 yem vahidi, 31 qr həzm olunan protein, 2,7 qr kalsium, 0,7 qr fosfor və 65 mq karotin vardır.

Ölkəmizin cənub rayonları üçün perspektivli yem bitkisidir. Payızlıq rapsın tərkibində 24-30 qr həzm olunan protein, 2-2,3 qr kalsium, 0,6-1,2 qr fosfor vardır.  Yaşıl raps asan siloslaşan bitkidir, ancaq tərkibində suyun miqdarından asılı olaraq onu doğranmış küləşlə siloslaşdırmaq lazımdır. Belə hazırlanmış silos orta keyfiyyətli olur. Yaşıl konveyer təşkilində isə payızlıq raps aralıq bitki hesab olunur.

 

Ölkəmizin cənub rayonları üçün perspektivli yem bitkisidir. Payızlıq rapsın tərkibində 24-30 qr həzm olunan protein, 2-2,3 qr kalsium, 0,6-1,2 qr fosfor vardır.  Yaşıl raps asan siloslaşan bitkidir, ancaq tərkibində suyun miqdarından asılı olaraq onu doğranmış küləşlə siloslaşdırmaq lazımdır. Belə hazırlanmış silos orta keyfiyyətli olur. Yaşıl konveyer təşkilində isə payızlıq raps aralıq bitki hesab olunur.

 

Bu bitki istilik sevən bitkidir, əsasən toxumun cücərməsi və çıxış dövründə istiliyə daha həssas olur. Səpin zamanı torpaqda temperatur 10-12ºC-dən az olmamalıdır. Yaşıl yem kimi 1 hektardan 250-300 sentner və daha çox məhsul götürmək mümkündür. Sağmal inəklərə gündə 50-70 kq, donuzlara isə rasionun qidalılığının 10-15%-i qədər dən yemlərilə qarışıq halda vermək olar.

Sudan otunun tərkibində quru maddə 16,2%, protein 1,57%, yağ 0,47%, sellüloza 5,02%, kül isə 1,67% təşkil edir. 1 kq yaşıl sudan otu bitkisində 0,21-0,22 yem vahidi, 12-14 qr həzm olunan protein, 1,7-2,1 qr kalsium, 0,6-0,8 qr fosfor və 60-74 mq karotin vardır.

Yemlik çuğundurun yerüstü hissəsi təzə, qurudulmuş və siloslaşdırılmış halda heyvanlara verilir. Bundan başqa onun yarpaq və gövdəsində olan üzvi turşular və mineral duzlar heyvanların mədə-bağırsaq sisteminə zəiflədici təsir göstərir.  Buna görə də onları neytrallaşdırmaq məqsədilə yemləmədən əvvəl 1 kq kütləyə 1 qr təbaşir əlavə etmək lazımdır. Yemlik çuğundurun yerüstü hissəsi ilk günlərdə inəklərə 5-7 kq, qoyunlara 0,5-1 kq və donuzlara 0,5-1 kq-dan çox olmamaqla verilir. Ancaq on gündən sonra gündəlik norma artırılır.

Sevil Abbasquliyeva
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyasının müdiri
Aqrar elmlər üzrə fəlsəfə doktoru