Heyvandarlığın inkişafına mənfi təsir göstərən xəstəliklər arasında qan-parazitar xəstəlikləri mühüm əhəmiyyət kəsb edir. Qan-parazitar xəstəlikləri kənd təsərrüfatı heyvanlarının anemiya, lixoradka, atoniya və mədə-bağırsaq sisteminin pozğunluğu ilə xarakterizə edilir. Regionlarda xırdabuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin 5 tipi – teylerioz, piroplazmoz, fransaielloz, anaplazmoz və babezioz qeyd edilir. Xəstəlik keçiriciləri İksodide fəsiləsinə aid olan otlaq gənələridir. Bu xəstəliklər mövsümi xarakter daşıyır. Havanın temperaturu yüksəldikcə torpaqda yatmış gənələr otlaqlarda aktiv həyat tərzinə keçir və heyvanlara yapışaraq parazitləri qana ötürür.
Xəstəliyin ilk klinik əlamətləri aşağıdakılardır:
Xəstəliyin törədicisi babeziya ovis dairəvi, oval, armudvari və ellipsvari formada olur. Parazit eritrositlərdə lokalizasiya edir, daha çox periferik mövqe tutur. Bir eritrositdə 3-4 parazit müşahidə oluna bilir. Parazitin dairəvi formaları daha çox üstünlük təşkil edir.
Heyvan orqanizmində babeziyalar sadə bölünmə yolu ilə çoxalır. Parazit gənənin bağırsağına keçib orada şizoqoniya mərhələsini keçirir. Daha sonra hemolimfaya keçərək bütün orqanizmə yayılır. Dişinin yumurtalığına oradan da transovarial yolla nəslə ötürülür. Yumurtadan çıxan sürfələr isə tüpürcək vəzinə yığılır.
Heyvan orqanizminə düşən parazitlər eritrositlərdə çoxalaraq onları dağıdır və digər patoloji dəyişikliklərə səbəb olur. Nəticədə maddələr mübadiləsi pozulur, qanda albuminin miqdarı azalır, immunoqlobulinin miqdarı isə artır. Bununla da heyvanda anemiya baş verir.
İnkubasiya dövrü 9-14 gün davam edir. Xəstə heyvanlarda bədən temperaturu 42°C-yə qədər yüksəlir. Heyvanların ümumi vəziyyəti pisləşərək ürək fəaliyyəti zəifləyir.
Bununla da xəstə qoyunların ayaqları bir-birindən aralı, başları aşağı əyilmiş vəziyyətdə olur, çətinliklə qidalanır və sürüdən geri qalırlar. Xəstəliyin başlanğıc dövründə eritrositlərin sayı azalır, hemoqlobinin miqdarı isə 4-5% aşağı
düşür. Tədricən patoloji proseslər mürəkkəbləşir, xəstə heyvanların sidiyi bulanıq sarı və ya qırmızı rəngdə müşahidə olunur. Boğaz heyvanlarda balasalma halları da baş verə bilir. Xəstəlik 3-7 gün davam etdikdən sonra
temperatur 36-370C-ə düşərək ürək sisteminin tamamilə zəifləməsinə, müalicə tədbirləri aparılmadıqda isə heyvanın ölümünə səbəb olur. Hərarətin yüksəlməsi, selikli qişalarda sarılığın olması kimi klinik əlamətlər və periferik qan yaxmasında babeziyaların aşkar olunması diaqnozun tam qoyulmasına imkan verir. Qeyd etmək lazımdır ki, babezioz piroplazmoz və anaplazmozla birgə baş verdiyi üçün periferik qanda törədicilərin tapılması əsas şərtdir.
Qoyun və keçilərin bütün cinsləri babezioz xəstəliyinə qarşı həssasdır. Xəstəlik yazın sonlarından başlayıb iyun-iyul aylarında pik nöqtəyə çatır. Heyvandarlıq təsərrüfatlarında qan-parazitar xəstəliklərinin törətdiyi arıqlama,
iştahasızlıq, immunitetin zəifləməsi, tələfatın baş verməsi kimi fəsadları aradan qaldırmaq üçün profilaktik tədbirlərin düzgün və vaxtında aparılması əsas şərtlərdən biridir.
Qızdırma xəstəliklərinə qarşı profilaktik mübarizədə əsas məqsəd üçlük adlanan bioloji zənciri qırmaqdan ibarətdir. Bu zəncirə keçirici gənə, parazit daşıyıcısı olan heyvan və xəstəliyə həssas heyvan daxildir. Heyvanları gənələrdən azad etmək üçün çimizdirilmə üsulu yüksək nəticə verir. Ektoparazitlərə qarşı qoyunlar üzərində müxtəlif preparatlarla sınaq təcrübələri aparılmışdır. Nəticədə Blotic 10% preparatının gənələrə qarşı
yüksək səmərə verməsi təsdiq olunmuşdur. Bu preparat emulsiya formasında olub Türkiyədə istehsal edilir və fermerlərə tövsiyə olunur. Bu məqsədlə aprel ayının birinci 10 günlüyündən başlayaraq Akarisid preparatı ilə
heyvanlar çimizdirilməli, heyvandarlıq binaları dezakarizasiya edilməli, otlaqlar düzgün seçilməli və gölməçələrdən uzaq olmalıdır.
Çimizdirilmə nəticəsində heyvanlar gənələrdən azad olur və 30 gün xəstəliyə yoluxmurlar.
• Heyvanlar yaz və payız qırxımından 10 gün sonra çimizdirilməli;
• Çimizdirilmə prosesi 15 gündən bir təkrarlanmalı;
• Günəş şüalarının təsirindən intoksikasiya baş verməməsi üçün çimizdirilmədən sonra heyvanlar qapalı şəraitdə saxlanmalı;
• Böyük təsərrüfatlarda preparatın toksiki təsirini öyrənmək üçün 5-10 baş heyvanüzərində təcrübə aparılmalı, ancaq müsbət nəticə verdikdən sonra qalanları da çimizdirilməlidir;
• Preparatın təlimatına əsasən 30 saniyədən artıq heyvanlar vannada saxlanmamalıdır. Son illər aparılan tədqiqatlar göstərir ki, daha çox rütubətli bölgələrdə yayılan bu xəstəliklər artıq düzənlik əraziləri əhatə edən rayonlarda da
intensiv qeyd edilməkdədir.
Aygün Əzizova
Baytarlıq Elmi-Tədqiqat İnstitutu
Parazitologiya şöbəsinin müdiri
Biologiya elmləri üzrə fəlsəfə doktoru