İzmirdə XVI Beynəlxalq Kənd Təsərrüfatı

İzmirdə XVI Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisi fəaliyyətini davam etdirir. AgroExpo Mərkəzində keçirilən sərgiyə 80 ölkədən 1050 rəsmi qonaq qatılıb. Dörd gün davam edəcək sərginin işini 400 minə yaxın
ziyarətçinin izləyəcəyi gözlənilir. Türkiyənin ən böyük kənd təsərrüfatı sərgisi sayılan XVI Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisini 10 mindən artıq xarici iş adamı da izləyəcək. Bu il sərgidə ikitərəfli danışıqlar nəticəsində kənd təsərrüfatına dair 1 milyard dollar həcmində qarşılıqlı müqavilələrin imzalanacağı gözlənilir. 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, sərginin açılış mərasimində Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə
heyəti də iştirak edib. Heyət üzvləri pavilyonları ziyarət edərək innovativ yeniliklərin nümayiş olunduğu stendlərlə tanış olublar. Nazir İnam Kərimov sərgi çərçivəsində Şimali Makedoniya Respublikasının kənd təsərrüfatı,
meşə və iqtisadiyyat naziri Arjanit Xoca ilə görüşüb. Görüşdə iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. XVI Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisi sentyabrın 27-dək davam edəcək. Sərginin açılış mərasimindən sonra iki ölkənin kənd təsərrüfatı nazirləri İnam Kərimov ilə Bəkir Pakdəmirli arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlığın sürətlə inkişafından məmnunluq ifadə
olunmuşdur. Mart ayının 17-də Bakıda imzalanmış Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsində nəzərdə tutulan istiqamətlər üzrə işlərin davam etdirildiyi də
vurğulanıb.  Tərəflər qısa müddət ərzində Türkiyədə aqrar sahədə istifadə olunan müasir texnologiyaların Azərbaycanda tətbiqi imkanları ilə bağlı təcrübə mübadiləsi aparıldığını, Türkiyədə mövcud olan
müasir təlim metodologiyaları əsasında yerli fermer və mütəxəssislərə təlimlər keçirildiyini xatırladıblar. Hər iki tərəf kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin
zəruriliyini vurğulayıb, həmçinin bunun üçün böyük potensial olduğunu da qeyd edib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, sərginin açılış mərasimində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Heyət üzvləri pavilyonları ziyarət edərək innovativ yeniliklərin nümayiş olunduğu stendlərlə tanış olublar. Nazir İnam Kərimov sərgi çərçivəsində Şimali Makedoniya Respublikasının kənd təsərrüfatı, meşə və iqtisadiyyat naziri Arjanit Xoca ilə görüşüb. Görüşdə iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. XVI Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisi sentyabrın 27-dək davam edəcək.