Prezident İlham Əliyev naxçıvanda Süni mayalanma mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına Mərkəzdə görülən işlər barədə məlumat verdikdən sonra Prezident İlham Əliyev Mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur.

Daha ətraflı

İzmirdə XVI Beynəlxalq Kənd Təsərrüfatı

İzmirdə XVI Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisi fəaliyyətini davam etdirir. AgroExpo Mərkəzində keçirilən sərgiyə 80 ölkədən 1050 rəsmi qonaq qatılıb. Dörd gün davam edəcək sərginin işini 400 minə yaxın ziyarətçinin izləyəcəyi gözlənilir. Türkiyənin ən böyük kənd təsərrüfatı sərgisi sayılan XVI Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisini 10 mindən artıq xarici iş adamı da izləyəcək. Bu il sərgidə ikitərəfli danışıqlar nəticəsində kənd təsərrüfatına dair 1 milyard dollar həcmində qarşılıqlı müqavilələrin imzalanacağı gözlənilir. 

Daha ətraflı

“Azərsun Şamaxı Aqropark”da Tarla günü keçirilib

Qida sənayesinin ən vacib sahələrindən biri də şəkər istehsalıdır. Şəkər istehsalı əhalinin şəkərə olan ehtiyacını ödəməklə yanaşı, ölkəmizdə qənnadı, konserv, spirtli və spirtsiz içkilər istehsalı sahələrinin inkişafına da təsir göstərir.

Daha ətraflı

Qarpiz bitkisinin əsas xəstəlikləri

Qarpız çox qədim bostan bitkisi və qiymətli ərzaq məhsuludur. Tərkibində dəmirin miqdarına görə kahı və ispanaqdan sonra üçüncü, fol turşusunun miqdarına görə isə birinci yeri tutur. Qarpız meyvəsində 8-12% şəkər vardır ki, o da əsasən qlükoza və fruktozadan ibarətdir.

Daha ətraflı

İpəkçilik və baramaçiliğin yeni inkişaf mərhələləri

Azərbaycanda ipəkçilik təsərrüfatı qədim tarixə malikdir. Elmi mənbələrdə göstərilir ki, ölkəmizə ipəkqurdu toxumu VII əsrdə Şimali Afrikadan gətirilmişdir. Tarixi sənədlər ölkəmizdə ipək istehsalına IX əsrdən qabaq başlanıldığını, X əsrdə isə Şamaxı, Bərdə, Şəki və Gəncədə xeyli genişləndiyini sübut edir. İpəkçiliyin inkişafında Ulu öndər Heydər Əliyevin qayğısı və diqqəti sayəsində verilmiş qərarların rolu xüsusilə qeyd edilməlidir.

Daha ətraflı

Ölkəmizdə toxumçuluğun mövcud vəziyyəti

Bildiyiniz kimi, ölkəmizdə kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri də toxumçuluqdur. Məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması da prioritet məsələlərdən biridir. Buna görə də toxumçuluğun mövcud vəziyyəti ilə bağlı sizə suallarımız olacaq.

Daha ətraflı

Texniki nəzarətin təşkilində əsas tələblər

Hazırda texnikaların dövlət qeydiyyatı və baxışının vaxtında aparılması, günün tələbləri səviyyəsində göstərməsi, uçotunun dəqiqləşdirilməsi, istismar müddəti bitmiş texnikaların dövriyyədən çıxarılması, sürücülük vəsiqələrinin verilməsinin sürətləndirilməsi, vaxtaşırı monitorinqlərin həyata keçirilməsi və qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir metodlardan düzgün istifadə olunması prioritet məsələlərdir. Bütün bunlarla bağlı sizə suallarımız var.

Daha ətraflı

Torpaqların konsolidasiyasi prosesinin kənd təsərrüfatının inkişafında rolu

Torpaqların konsolidasiyası torpaq islahatı həyata keçirilmiş ölkələrdə torpaq sahələrində parçalanmanın aradan qaldırılmasına xidmət edir. Ümumiyyətlə, əlverişli kənd təsərrüfatı infrastrukturu yaradılması üçün ən yaxşı təcrübə torpaqların konsolidə edilməsi hesab olunur. Torpaqların konsolidasiyası BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərinə aiddir. Buna görə də hər bir ölkə konsolidasiya sahəsində milli strategiya hazırlamalı və qanunvericiliyi təkmilləşdirməlidir.

Daha ətraflı

Pambıq bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri

Pambıq bitkisi üzərində 200 növdən çox ziyanlı həşərat, gənə, xəstəlik törədən mikroorqanizmlər yaşayır. Azərbaycanda bu bitkinin əsas zərərvericiləri pambıq sovkası, hörümçək gənəciyi, tütün tripsi və mənənələrdir. Pambıq bitkisi vegetasiya dövründə cücərti fazasından tam yetişməyə qədər müxtəlif orqanizmlər tərəfindən zədələnir.

Daha ətraflı

“Rəvan”- yarimpayizliq bərk buğda sortu

Buğda bitkisi ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm strateji əhəmiyyətə malikdir. Yumşaq buğdalardan fərqli olaraq bərk buğdalar xüsusilə makaron sənayesi üçün əsas xammal hesab olunur. Yumşaq buğda çörək bişirmək üçün, bərk buğda isə makaron istehsalı üçün keyfiyyətli unun mənbəyi kimi qiymətləndirilir.

Daha ətraflı

Xirdabuynuzlu heyvanlarda Babezioz xəstəliyi

Heyvandarlığın inkişafına mənfi təsir göstərən xəstəliklər arasında qan-parazitar xəstəlikləri mühüm əhəmiyyət kəsb edir. Qan-parazitar xəstəlikləri kənd təsərrüfatı heyvanlarının anemiya, lixoradka, atoniya və mədə-bağırsaq sisteminin pozğunluğu ilə xarakterizə edilir. Regionlarda xırdabuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin 5 tipi – teylerioz, piroplazmoz, fransaielloz, anaplazmoz və babezioz qeyd edilir.

Daha ətraflı

Taxıl böcəyinə qarşı mübarizə tədbirləri

Respublikamızda sahələrə iqtisadi cəhətdən ən çox zərər vuran zərərvericilərdən taxıl böcəyi, siçanabənzər gəmiricilər, ziyankar bağacıq və çəyirtkəkimiləri misal göstərmək olar. 2021-ci il üçün məhsul verən əkinlərdə taxıl böcəyinə qarşı müşahidə işləri aparılmış və 26815,09 hektar ərazidə sirayətlənmə aşkarlanmışdır. Buna görə də əsasən Füzuli, Qax, Şəki və Zaqatala ərazilərində zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirləri görülmüşdür.

Daha ətraflı

Nar quru subtropik iqlim bitkisidir

Nar quru subtropik iqlim bitkisidir. Müxtəlif iqlim və torpaq şəraitinə uyğunlaşan bu bitki hazırda Avstraliyadan Cənubi Afrikaya,  ABŞ-dan Çinə qədər çox geniş sahələrdə yetişdirilir.

Daha ətraflı

Heyvanların yaşıl yemlərlə yemləndirilməsinin səmərəliliyi

Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsinin təşkilində əsas məsələ bütün il boyu onları müntəzəm olaraq qidalı yemlərlə təmin etməkdir. Çünki heyvan orqanizminin böyüməsi və inkişafına, onun məhsuldarlıq keyfıyyətinə, eləcə də istehsal qabiliyyətinə güclü təsir göstərən xarici amillərdən ən əsası yemləmədir. Heyvanların yemləmə prosesində istifadə olunan yemlər mənşəyi və strukturuna görə bitki, heyvan, qarışıq və əlavə yemlərə bölünür.

Daha ətraflı

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib ki, təqdimatı keçirilən elektron məhsul Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə yaxınlıq, şəffaf və çevik idarəetmə, innovasiyaların tətbiqi prinsiplərinə tam cavab verir. Fermerlər mobil tətbiqdən yararlanmaq üçün “AgroUber” proqramını mobil telefon cihazına yükləməli və qeydiyyatdan keçməlidirlər.

Daha ətraflı

Afaq Layihəsi Çərçivəsində  Qadın Fermerlərə Dəstək  Tədbirləri Davam etdirilir.

“AFAQ – Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi kənd təsərrüfatında qadın sahibkarların sayının artırılması və onların inkişafı məqsədilə yaradılan layihədir. Layihənin əsas məqsədi qadınların kənd təsərrüfatına əsaslanan biznes fəaliyyətlərini inkişaf etdirmək üçün informasiya, bilik və digər imkanlara çıxışını asanlaşdırmaq, həm özlərinin, həm də ailələrinin və kənd icmalarının sosial rifahının yaxşılaşmasına imkan yaratmaqdır.

Daha ətraflı

Abşeron Şəraitində İntroduksiya Olunmuş Soya Sortları

Soya dünyada geniş istehsal olunan əsas kənd təsərrüfatı məhsullarından biridir. Eyni zamanda uzun müddət Asiyada insanlar üçün əsas qida məhsulu olmuşdur. Soya zülalı yüksək keyfiyyətə malik olmaqla yanaşı, həm də ən ucuz protein mənbəyidir. Digər tərəfdən soya paxlasının sağlamlıq üçün bir sıra faydaları müəyyən edilmişdir ki, bu da soya məhsullarına tələbatın və marağın artmasına səbəb olur. 2008-ci ildə dünyada təxminən 77 milyon hektarda soya əkilmişdir.

Daha ətraflı