Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib

Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istəyirdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik.

Daha ətraflı

Azərbaycanda fındıqçılığın mövcud vəziyyəti və prespektivləri

Qeyri-neft sektorunun inkişafı, ixracın diverisfikasiyası dövlətimizin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Bu siyasət və ölkədə qərzəkli meyvəçiliyin gələcək inkişaf perspektivləri nəzərə alınaraq “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə qərzəkli meyvəçiliyin inkişafına dair Dövlət proqramı” layihəsi hazırlanıb.  Layihə bu istiqamətlərdə aparılan işlərin daha da gücləndirilməsini və fındıq bitkisinə aid əkin sahəsinin 42 min hektar artırılaraq, 80 min hektara, hər hektardan əldə olunan məhsuldarlığın isə 2-2,5 tona çatdırılmasını nəzərdə tutur.

Daha ətraflı

Heyvandarlıqda dördüncü nəsil texnologiya

Süd məhsullarına artan tələbat uzunmüddətli perspektivdə südlük heyvandarlığı investisiya üçün cəlbedici sahəyə çevirir. Bu zaman müasir texnologiyalar südçülüyün adət edilmiş obrazını dəyişərək, inəklər üçün rahat yaşayış şəraiti yaradır. Avtomatik sağıcı sistemlər bu qəbilədən olan innovasiyalardandır. Onun tətbiqinin üstünlük və perspektivləri Gea tərəfindən  təşkil edilmiş “AutomationDay 4.0” beynəlxalq simpoziumu çərçivəsində müzakirə olunub.

Daha ətraflı

Mövcud və yeni subsidiya sistemi

Ərzaq və qida təhlükəsizliyinin davamlı olaraq artan təlabatının ödənilməsində səmərəli kənd təsərrüfatı siyasəti önəmlidir. Ərzaq, yem və yanacaq üçün təlabatın artması əkinçilik üçün əhəmiyyətli imkanlar təqdim edərkən, dövlət siyasəti məhsuldarlığın artması, ətraf mühütin qorunması və iqlim dəyişikliyinə uyğunlaşma kimi problemləri həll etməkdən ibarətdir. Kənd təsərrüfatı Azərbaycanın iqtisadiyyatının ən sürətli inkişaf edən sahələrindən biridir.

Daha ətraflı

Buğdanın məhsuldarlığına təsir edən amillər

Azərbaycanda sosial əhəmiyyətinə görə ən vacib kənd təsərrüfatı məhsullarından biri də buğdadır. Ölkə əhalisinin qida rasionunda xüsusi çəkisi olan çörək və digər məhsulların hazırlanması üçün buğda unu əsas xammaldır.

Daha ətraflı

Dualabənzər peşə təhsili və təlimi

“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (EDVET) layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunur.

Daha ətraflı

“ HEALWITH”- bitki xəstəliklərini aşkarlayan mobil tətbiq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “eazi-START” startap mərkzində çalışan komanda ilə birlikdə “HealWith” adlı mobil tətbiq üzərində işləyirik. Bu mobil tətbiq vasitəsilə bitki xəstəliklərini, bir sıra zərərvericiləri, qida çatışmamazlığı əlamətlərini aşkar etmək mümkündür. “HealWith” cib aqronomu rolunu oynayır.

Daha ətraflı

Çin texnologiyası ilə pambıq əkini bəhrəsini verir

Dünyada pambıq istehsalı sahəsində ən qabaqcıl ölkələrdən hesab edilən Çin Xalq Respublikasında becərilən pambığın 95%-i Xinijang Muxtar Vilayəti ərazisində əkilir. Həmin sahələrin 99%-də səpin prosesi damlama suvarma və polietilen örtük istifadə edilməklə cərgə arası 80-90 sm, 2-3 sıralı və hər hektarda 250-275 min bitki sıxlığı olmaqla yeni texnologiya əsasında aparılır.

Daha ətraflı

Dövlət büdcəsi hesabına aparılan profilaktik, diaqnostik və müalicə tədbirləri

“Kənd təsərrüfatı iqtisadiyyatımızın çox önəmli sahəsidir. Əhalinin təxminən yarısı kənd şəraitində yaşayır və biz bu sahəyə daim diqqət yetirməliyik.”

Daha ətraflı

Yoluxucu nodulyar dermatit xəstəliyi

İribuynuzlu heyvanlar nodulyar dermatit xəstəliyi ( latınca “ dermatitis nodularis bovum”, ingiliscə “limpy skin disease” adlandırılır) virus mənşəli olmaqla, qısa müddətli qızdırma, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi və dərialtı toxumlarda düyünlərin əmələ gəlməsi ilə səciyələnir.

Daha ətraflı

Kənd təsərrüfatının inkişafında Assosiasiyaların rolu

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsrrüfatı məhsullarının istehsalına və emailına dair Strateli yol xəritəsi” nə və Azərbaycan Respublikası prezidentinin 14 iyul 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan respublikasının Kənd Təsərrüfatı Nazirliyində 2018-ci ilin iyun ayında fermerlər, assosiasiyalar və koorperativlərlə iş şöbəsi yaradıldı.

Daha ətraflı

Baramaçılıq dünən və bu gün

Nəbi Zeynalovun təcrubəsi: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son zamanlar qeyri - neft sektoruna ayırdığı diqqət və qayğının nəticəsində kənd təsərrüfatının digər sahələrində olduğu kimi, baramaçılıq və ipəkçilikdə də irəliləyiş müşahidə olunur.

Daha ətraflı

Arıçılığın inkişafına innovativ töhvə

Bildiyiniz kimi, arılardan keyfiyyətli bal və digər arıçılıq məhsulları almaq üçün onlara baxış və quluq qaydalarına xüsusi diqqət yetrilməlidir. Çünki saxlanma və bəslənmə qaydalarının pozulması, habelə, bakterial, virus və göbələk mənşəli xəstəliklər arı ailələrinə zərə verir, onların məhsuldarlığını aşağı salır.

Daha ətraflı

“Aqro X” müsabiqəsi ikinci yer “MR.BEE”

Əsası 2015-ci ildə qoyulan “Mr.Bee” bal brendi yarandığı gündən texnoloji yeniliklər tətbiq etməkdədir. Özündə startup xüsusiyyətlərini əks etdirən brendin www.mrbee.az saytı 2016-ci ildən fəaliyyət göstərir. Biznes proseslərinin avtomatlaşdırılması şirkətin prioritet istiqamətlərindən biridir.

Daha ətraflı

Respublikamızda sitrus meyvəçiliyinin mövcud vəziyyəti və gələcək prespektivləri

Respublikamızda həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verir, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşır, normativ hüquqi baza təkmilləşdirilir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.

Daha ətraflı

Meyvələrin şahı nar

Son illər uğurla həyata keçrilən dövlət proqramları qeyri-neft sektorunun davamlı inkişafına təkan verib. Qeyri-neft sektorunun ölkənin iqtisadi potensialının gücləndirilməsindəki rolunu nəzərə alaraq, bir sıra müvafiq assosasiyalar yaradılmaqdadır. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası da  belə qurumlardandır.

Daha ətraflı

Samux rayonunda meyvə qurusu istehsalı

Təxminən 57 min nəfər əhalisi olan Samux rayonu ölkəmizin Gəncə-Qazax iqtisadi rayonuna daxildir. Rayonun əsasən düzənlik olan ərazisi 1455 kvadratkilometdir. Bunun da 708 kvadratkilometri kənd təsərrüfatına yararlı torpaqlardır. Bu torpaqlarda çalışan fermerlər daha çox taxılçılıq, tərəvəzçilik və meyvəçilik, xüsusilə də, üzümçülük üzrə ixtisaslaşıblar.

Daha ətraflı

“Samux rayonunda tərəvəz toxumlarının istehsalı” dəyər zənciri sublayihəsi

Samux rayonunun iqtisadiyyatında kənd təsərrüfatı üstünlük təşkil edir. Samux rayonu, xüsusən də, rayonun Füzuli kəndi tərəvəz toxumları istehsalında böyük nailiyyətlər əldə edib. Rayonda bir ildə 300-400 ton tərəvəz toxumu istehsal olunur. Yerli toxumçuların istehsal etdiyi tərəvəz toxumlarının böyük bir hissəsi yerli bazarla yanaşı MDB ölkələrinə də satılır.

Daha ətraflı

Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri

Aqrar sahə Azərbaycan iqtisadiyyatının mühüm tərkib hissəsidir. Xalqımızın ümumimilli lideri Heydər Əliyev bu sahənin inkişafında çox böyük xidmətləri var. O, işlədiyi dövrdə aqrar sahənin inkişaf modelini qurub. Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev isə bu sahənin inkişaf strategiyasını uğurla həyata keçirməkdədir.

Daha ətraflı

İdxalın əvəzlənməsinə keçid kimi fərdi yardımçı təsərrüfatların yaradılması

Kənd təsərrüfatı ölkə iqtisadiyyatının inkişafı üçün ən əlverişli sahələrdən biri hesab olunur. Daxili bazarın yerli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi idxalın əvəzlənməsinə - bazarda xarici istehlak mallarının yerli istehsal məhsulları ilə əvəz olunması prosesinə təkan verəcək.

Daha ətraflı