PREZİDENT İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ NAZİRLƏR KABİNETİNİN 2020-Cİ İLİN BİRİNCİ YARISININ SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARINA VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNAN İCLASI KEÇİRİLİB
Daha ətraflıBildiyiniz kimi, ötən il Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi 2 dəfə artıb. Hazırda Azərbaycanda 50-yə yaxın Avstriya şirkəti aqrar, sənayə, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir.
Daha ətraflıMehman müəllim, son 2 ildə AKİA-nın səlahiyyət və öhdəlikləri cənab Prezidentin bir sıra aidiyyəti fərmanları əsasında artırılmışdır. 2020-ci ildə 2 məsələ diqqəti cəlb edir. Bu ildən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən idarə edilən dövlət dəstəyi (əkin, məhsul, arı, heyvan, barama subsidiyası) və yenicə verilməyə başlamış mikrokreditlər haqqında sizinlə danışmaq istəyərdik.
Daha ətraflı“Şumsuz əkin”, “torpağın sıfır becərilməsi” və ya “resursqoruyucu əkinçilik” kimi tanınan əkin texnologiyası 1999-cu ildən etibarən tətbiq edilməyə başlanılıb.
Daha ətraflıAzərbaycan zəngin biomüxtəlifliyə sahib olmaqla yanaşı, bir çox mühüm kənd təsərrüfatı bitkilərinin ilkin əmələgəlmə və mədəniləşmə mərkəzlərindən biri hesab olunur. Cənubi Qafqazda olan biomüxtəlifliyin 66%-nə Azərbaycanda rast gəlinir. Ümumiyyətlə, Azərbaycanda becərilən mədəni bitkilərin yabanı əcdadları genetik olaraq müxtəlifdir və əraziyə uyğunlaşmışdır.
Daha ətraflıÜzümçülük və şərabçılıq sahələri əlavə dəyər yaradılması və məşğulluğun artırılması baxımından ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilməsi, istehsalın artırılması, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli süfrə üzümünə tələbatının ödənilməsi, şərabçılıq və digər emal müəssisələrinin xammalla təmin edilməsinə imkan verir.
Daha ətraflıAzərbaycanda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi tədbirləri çərçivəsində xarici ölkələrdən məhsuldar heyvan sortlarının gətirilməsinə maraq artıb. Təchizatçı şirkətlər və sahibkarlar tərəfindən ölkəmizə gətirilən yeni iribuynuzlu və xırdabuynuzlu heyvanların yerli təsərrüfatlarda yetişdirilməsi genişlənir. Ölkəmizə “Aqronaft” MMC şirkəti tərəfindən Avropadan məşhur Laqun qoyunları gətirilib. Bu qoyunlar yerli sortlardan südlük və ətlik xüsusiyyətləri ilə seçilir, eyni zamanda yerli iqlim şəraitinə sürətlə uyğunlaşırlar.
Daha ətraflıAzərbaycanda çəyirtkəkimilərin 125 növünə təsadüf olunur, bunlardan sürü halında yaşayan 3 növü - Mərakeş, İtaliya və Asiya çəyirtkələri daha təhlükəlidir. Ceyrançöl - Eldar düzü, Qara su - Padarçöl düzü, Ağdam və Tərtər rayonları, Acınohur sahəsi, Haramı düzü, Lapatin qışlaqları, Küdrü düzü, Quba-Qusar qışlaqları və Abşeron yarımadası Azərbaycanda sürü halında yaşayan çəyirtkələrin məskunlaşdığı ərazilərdir. Bu yerlərdə inkişafa başlayan çəyirtkələr areallarını 200 dəfəyə qədər genişləndirərək, kənd təsərrüfatı bitkilərinə əhəmiyyətli dərəcədə ziyan vura bilir.
Daha ətraflıPestisidlər bitkiləri zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından qoruyan kimyəvi tərkibli vasitələrdir. Müvafiq qaydaların pozulması zamanı onların istifadəsi bal arıları və digər tozlandırıcı həşəratların zəhərlənməsinə səbəb olur.
Daha ətraflıTəxminən XIX əsrin ortalarından başlayaraq yüksək məhsuldar sortların yaradılması və regionlaşdırılması, kənd təsərrüfatı texnologiyalarında təkmilləşmə aqrar sektorun əhəmiyyətli şəkildə inkişafına gətirib çıxarmışdır. Bunun nəticəsində inkişaf etmiş ölkələrdə həyat səviyyəsinin sürətli yüksəlişi, həmçinin dünya əhalisinin qidalanma keyfiyyətinin müvafiq şəkildə artması baş vermişdir.
Daha ətraflıÖlkəmizdəki əlverişli iqlim şəraiti aqrar sahənin inkişafı üçün imkan yaradır. Müasir şəraitdə kənd təsərrüfatının inkişafı yüksək peşəkarlıq səviyyəsinə malik kadrların olmasından asılıdır. Lakin demoqrafik yerdəyişmələr gənclər arasında natamam məşğulluq və işsizlik problemlərinin yaranmasına təsir göstərir
Daha ətraflıBitki zərərvericiləri və xəstəliklərinin kökünü kəsmək əksər hallarda mümkün olmur, həmçinin onlarla mübarizə aparmaq çoxlu vaxt və pul tələb edir. Zərərvericilərin və xəstəliklərin kənd təsərrüfatına, yaşayış vasitələrinə və ərzaq təhlükəsizliyinə məhvedici təsirinin qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsi mütləqdir və bu işdə əksəriyyətimiz vacib rol oynayırıq.
Daha ətraflıAmarant tərəçiçəklilər fəsiləsinə daxil olan birillik bitkidir. Dünyada 65 cinsi və 900-ə yaxın növü məlumdur. E.V.Vuef isə onun 7 növünün olduğunu göstərir. Bir çox sortları qədim dənli bitkilər hesab olunur. Hal-hazırda Şərqi Asiya ölkələrində isə amarantın 2 növü tərəvəz bitkisi kimi becərilir.
Daha ətraflıƏhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında buğda bitkisi mühüm rola malikdir. Buğda əkin sahələrinin və məhsuldarlığının artırılması dövlətimizin xüsusi nəzarəti altındadır. Аzərbаycаndа tахılın məhsuldаrlığının аşаğı düşməsinə təsir göstərən əsаs fаktоrlаrdаn biri də bitki xəstəlikləridir. Tахıl bitkilərinə bir çох хəstəliklər böyük ziyan vurur. Məsələn, qоnur, sаrı və gövdə pаsı, unlu şеh, sürmə, sеptоriyа, hеlmintоspоriоz, fuzаriоz və s.
Daha ətraflıAzərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafı, o cümlədən qeyri-neft sektorunun gücləndirilməsi və təsərrüfat sahələrinin bilik əsaslı formalaşdırılmasının təmin olunması istiqamətində kompleks islahatlar aparılır. Bu islahatların təməlində intellektual insan kapitalının formalaşdırılması əsas məqamlardan biri kimi qiymətləndirilir. Dünya iqtisadiyyatında aparıcı rol oynayan inkişaf strategiyaları intellektual kapitalın gücləndirilməsinə əsaslanır.
Daha ətraflıQarğıdalı bitkisi bütün dünya ölkələrində əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında, heyvandarlığın və quşçuluğun yem bazasının gücləndirilməsində potensial imkanlara malik mühüm dənli bitki kimi becərilir. Son dövrlərdə ölkəmizdə qarğıdalı məhsullarına artan tələbat və onun qida rasionumuza sürətlə daxil olması bu bitkiyə diqqəti xeyli artırmışdır.
Daha ətraflıDabaq xəstəliyi kənd təsərrüfatı heyvanlarının, xüsusən cütdırnaqlı heyvanların iri infeksion və şiddətli kantagioz xəstəliyi olmaqla süzülən viruslar tərəfindən törədilir. Xəstəlik mədə-bağırsaq traktının, əsasən də ağız boşluğunun selikli qişasında vezikulyar zədələrin və başın tüksüz sahələrində eroziyaların əmələ gəlməsi ilə xarakterizə olunur
Daha ətraflıYer səthi ilə atmosfer arasında enerji mübadiləsinin nəzarətdə saxlanılması baxımından torpaq səthinin temperaturu vacib ölçü hesab olunur. Torpaq səthinin temperaturu bir çox ekoloji modelləşdirmədə mühüm rol oynayır. Buraya hava proqnozları, universal okean dövranı, qlobal istiləşmə və temperaturun dəyişməsi, iqlim müxtəlifliyi, atmosfer və səth arasındakı enerji və su dövriyyəsi, şaxta dəhlizləri və quraqlıq indeksinin təyini daxildir.
Daha ətraflı"Agtech startapı" dedikdə, kənd təsərrüfatı sahəsində yeni rəqəmsal texnologiyalardan istifadə etməklə qurulan innovativ şirkətlər nəzərdə tutulur. Agtech startapı Azərbaycan üçün yeni termin olmasına baxmayaraq, artıq bu istiqamətdə fundamental məsələlərin həlli üçün bəzi fəaliyyətlər həyata keçirilmişdir. Startapların uğurlu olması üçün ölkədəki startap ekosisteminin güclü olması ən əhəmiyyətli faktorlardan biridir. Startap ekosistemi özündə müasir bilik, investisiya, insan resursları və sahibkarlıq düşüncə tərzini ehtiva edir.
Daha ətraflıMüasir meyvə bağı – “Ağıllı bağ” Meyvəçilik aqrar iqtisadiyyatın önəmli bir sahəsidir və son dövrlərdə çox sürətlə inkişaf edir. Dünyada meyvə bağlarının ümumi sahəsi 90 milyon hektara yaxın olub ümumi əkin sahəsinin 6%-ni təşkil edir. Müasir meyvəçilik intensiv yollarla inkişaf etdirilir.
Daha ətraflı