Bu ilin sentyabr ayının 27-dən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əks-hücum həmlələri həyata keçirən Şanlı Ordumuz 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında olan Dağlıq Qarabağ və ətrafindakı rayonların azad olunması istiqamətində qətiyyətlə irəliləməkdədir. Ordumuzun zəfərləri mühüm yüksəkliklərin və strateji ərazilərin geri qaytarılması ilə yanaşı, son illər yaşadığımız kəskin quraqlıqla müşahidə olunan su problemlərinin həllinə də səbəb olmuşdur.
Daha ətraflıBu gün biz su təsərrüfatında mövcud olan problemləri müzakirə edəcəyik, həmçinin görüləcək işlər haqqında danışacağıq. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edir.
Daha ətraflıÖlkədə kənd təsərrüfatı məhsulları əsasən suvarılan torpaqlarda istehsal edildiyi üçün suvarma və meliorasiya sistemlərinin səmərəliliyi məsələsi suvarılan torpaqların istifadəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Daha ətraflıGündəlik həyatımızda 1-2 qurtum su içməklə yaşaya bilərik, lakin bizim ərzaqla bərabər qəbul etdiyimiz gündəlik suyun həcmi bundan daha artıqdır. 1 kq ətin əldə edilməsi üçün 15000 litr suya ehtiyac vardır. Buna görə də sayı artmaqda olan dünya əhalisinin qidalandığı ərzaqın miqdarı su ilə əldə edilən məhsullarla birlikdə dəyişir. Məhdud su mənbələrindən səmərəli şəkildə istifadə etmək üçün kənd təsərrüfatı sahəsində sudan istifadənin effektiv səviyyəyə yüksəldilməsi istiqamətində bütün imkanlardan faydalanmaq lazımdır.
Daha ətraflıSuvarma meliorasiya növlərindən biridir. Suvarma arid zonalarda torpaqların əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olmaq üçün tətbiq edilir. Bunun məqsədi kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, torpağın su, hava və istilik rejimini nizamlamaqdır. Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda suvarmaya ehtiyac yaranır. Suvarma kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır.
Daha ətraflıRespublikamızda əhalinin kənd təsərrüfatı məhsulları ilə davamlı təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Eyni zamanda bu məhsulların sağlam və keyfiyyətli olması da mühüm əhəmiyyət daşıyır. Əkinçilikdə məhsuldarlığın artırılması məqsədilə istifadə edilən mineral gübrələr, alaq otlarına qarşı mübarizə vasitələri, heyvandarlıqda genetik modifikasiya olunmuş orqanizm (GMO) qalıqlarının olduğu yemlər və çəkiartırıcılar ətraf mühit və canlı orqanizmlərə təhlükə yaradır. Qeyd edilən təhlükələrin qarşısını almaq üçün ekoloji kənd təsərrüfatı sistemlərinə üstünlük verilməsi vacib şərtdir.
Daha ətraflıPambıqçılıq Azərbaycan Respublikasının iqtisadiyyatında mühüm rol oynayır. Ölkədə pambıq istehsalının davamlı artımına nail olmaq üçün nüvə enerjisi və seleksiya üsullarından istifadə etməklə ekoloji şərait və stress amillərinin mənfi təsirinə davamlı pambıq sortları yaradılmalıdır. Pambıq bitkisinin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması da əsas şərtlərdən biridir. 2018-ci ilin aprel ayında Prezident İlham Əliyev və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Direktoru Yukiya Amano arasında keçirilən görüşdə pambıq istehsalında məhsuldarlığın artırılması üçün mutasiya yolu ilə toxumların yetişdirilməsi məsələsi müzakirə edilmişdir.
Daha ətraflıDünyanın inkişaf etmiş ölkələri kimi Azərbaycan da IV sənaye inqilabına qədəm qoymuşdur. I sənaye inqilabı buxar maşınının kəşfi ilə istehsalın mexanikləşməsi, II sənaye inqilabı elektrik enerjisinin kütləvi istehsalı ilə sənayeləşmə, III sənaye inqilabı istehsalın avtomatlaşdırılması üçün elektronika, kompüterləşmə və informasiya texnologiyalarından kütləvi istifadəni nəzərdə tuturdu. IV sənaye inqilabı isə rəqəmsallaşma, texnologiyaların birləşməsi, fiziki və bioloji sferalar arasında sərhədlərin aradan qaldırılmasını səciyyələndirir. Burada insanın iştirakı olmadan idarə edilən avtomobillər, 3D çap, qabaqcıl robot texnikaları, yeni materiallar, genlərin redaktə edilməsi, IoT (əşyaların interneti) və digər sistemlərdən istifadə olunur.
Daha ətraflıBir sıra nüfuzlu beynəlxalq təşkilatların verdiyi proqnozlara əsasən dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda fasiləsiz olaraq iqlim dəyişiklikləri baş verməkdədir. İqlim dəyişiklikləri nəticəsində havanın orta temperaturu artmış, atmosfer çöküntülərinin miqdarı azalmış və bu da torpaqların rütubət tutumunun xeyli azalmasına gətirib çıxarmışdır.
Daha ətraflıQlobal iqlim dəyişikliklərinin fəsadları ildən-ilə daha çox özünü büruzə verməyə başlayır. Proqnozlara əsasən bir çox ölkələr gələcəkdə su qıtlığı problemi ilə üz-üzə qalacaq. Bu problemin həll olunmasında suya qənaət mövzusunda həyata keçirilən innovativ yanaşmalar mühüm rol oynayır.
Daha ətraflıHavanın temperaturunun tədricən yüksəlməsi, heyvanların otlaq sahələrinə çıxarılması və köçəri təsərrüfatların yaylaqlara köçməsi ilə əlaqədar olaraq, heyvanlarda mövsümi xarakterli xəstəliklər müşahidə edilir. Mövsümi xarakterli xəstəliklərə kənd təsərrüfatı heyvanları arasında geniş yayılmış invazion-helmintoz və qan-parazitar xəstəliklərini aid etmək olar.
Daha ətraflıBitki inkişafına təsir edən faktorları öyrənmək onunla söhbət etmək kimi bir prosesdir. Çünki dünyanın ən yaxşı kənd təsərrüfatı araşdırma mərkəzlərindən tutmuş sadə lokal institutlara qədər hər bir obyektin əsas istiqaməti bugünə qədər bitkinin ehtiyacı olan suyu, mineralı, yaranan xəstəlik və zərərvericiləri öyrənməyə həsr olunur. Bu işi uğurlu görən təşkilatlar yüksək nəticələr əldə edir.
Daha ətraflıYonca paxlalılar fəsiləsinə mənsub olan çoxillik yem bitkisidir. Güclü kök sisteminə malik olmaqla yanaşı, soyuğa və istiyə davamlıdır. Əsas kökləri yoğun, əlavə kökləri isə nazikdir. Gövdəsi dairəvi, dördqatlı, içi boş və budaqlanandır.
Daha ətraflıLavanda çoxillik ot bitkisidir. Kök sistemi saçaqlı və odunlaşmışdır. Hündürlüyü 40-60 sm olan əsas gövdədən 800-ə qədər budaq ayrılır. Yarpaqları 2 il yaşayır. Lavanda iyun ayının ortalarından başlayaraq 20-35 gün ərzində çiçəkləyir. Çarpaz tozlanır.
Daha ətraflıQuraqlığa davamlı yüksək keyfiyyətli buğda sortlarının yaradılması zamanı bitkinin mоrfоfiziolоji əlamətlərinə xüsusi diqqət yetirmək lazımdır.
Daha ətraflıQuba-Xaçmaz bölgəsində mütərəqqi becərmə texnologiyası əsasında intensiv bağçılığın inkişafı ilə əlaqədar olaraq tingçilik təsərrüfatında modern aqrotexniki tədbirlər həyata keçirilir. İntensivləşmə bağçılıqla yanaşı, tingçilik təsərrüfatından da yan keçməmişdir. Modern texnologiyalar ting istehsalında insan əməyinin azaldılması və az sahədə çox sayda ting yetişdirilməsinə imkan yaradır.
Daha ətraflıHeyvandarlıqda qaramalın bəslənməsi xüsusi yer tutur. Ətlik qaramal cinslərinin əti daha keyfiyyətli olması ilə seçilir. Belə heyvanların ət çıxarı 60-70%-dir. Bu növə Ağbaşlı Qazax, Hereford, Şorthorm cinsləri aiddir.
Daha ətraflı